Misli Premyer Liqasının ilk 6 turundan sonra ən çox dəqiq ötürmə verən futbolçular müəyyənləşib. Sport24.az "Sofascore" portalına istinadən xəbər verir ki, siyahının ilk pillələrində "Zirə"nin legionerləri qərarlaşıblar.
Ange Mutsinzi 6 tur ərzində 376 dəqiq ötürmə ilə bu göstəricidə bütün futbolçuları geridə qoyub. "Zirə"nin müdafiəçisi ötürmələrində 88,47 faiz dəqiqlik nümayiş etdirib.
Komanda yoldaşı Rikardo Martins isə 352 dəqiq ötürmə ilə ikinci pillədə yer alıb. Mozambikli futbolçunun ötürmə dəqiqliyi 92,15 faiz təşkil edib.
İlk "üçlüy"ü "Qarabağ"ın futbolçusu Matheus Silva tamamlayır. Ağdam təmsilçisinin bir qarşılaşmasının təxirə salınmasına baxmayaraq, braziliyalı yarımmüdafiəçi 332 dəqiq ötürmə verib. Onun bu göstəricidə dəqiqliyi isə 93,52 faiz olub.
Beləliklə, ilk 3 pillədə iki "Zirə" futbolçusu ilə yanaşı, bir "Qarabağ" oyunçusu yer alıb.