"Empoli" Matteo Andreolettini komandanın yeni baş məşqçisi təyin edib. Sport24.az əbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

37 yaşlı mütəxəssis A Seriyası təmsilçisi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, dünən istefaya göndərilən Cuido Pagliukanı əvəz edib.

 

Qeyd edək ki, Andreolettinin son iş yeri 2024-cü ilin yayından 2026-cı ilin martına qədər rəhbərlik etdiyi "Padova" olub. Onun rəhbərliyi altında komanda uzun müddətdən sonra ilk dəfə B Seriyasına vəsiqə qazanıb.