Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayevin UFC turnirində növbəti görüşünün vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki, 29 yaşlı idmançı noyabrın 21-də "UFC Qatar" turnirində gücünü sınayacaq.

 

"Tank" ləqəbli təmsilçimizin rəqibi avstraliyalı Ceyk Matyus olacaq.

 

Qeyd edək ki, UFC-də bu ilin iyununda Bakıda keçirilən "UFC Fight Night" yarışında debüt edən Abdullayev braziliyalı Ceferson Nasimentoya 3-cü raundda nokautla (TKO) qalib gəlib.

 

O, MMA karyerasında 23 döyüşün 11-i nokautla olmaqla 20-də qələbə qazanıb.