"Qalatasaray" milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən istifadə edərək yoxlama görüşü keçirəcək. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi oktyabrın 2-də "Pendikspor"la qarşılaşacaq.

 

Pendik Bələdiyyə Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.

 

Matç "Qalatasaray"ın rəsmi "YouTube" kanalı və "GSPlus" platforması vasitəsilə canlı yayımlanacaq.

 

"Okan Buruk"un komandası bu görüşdən sonra rəsmi matçlara hazırlaşacaq.

 

"Qalatasaray" oktyabrın 9-da Superliqada "Kasımpaşa"nı, oktyabrın 13-də isə UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona"nı qəbul edəcək.