Kris Smollinq karyersını "Portu"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
36 yaşlı futbolçu "əjdahalar"a azad agent kimi qoşulub. O, yeni klubunda 6 nömrəli formanı geyinəcək.
Smollinq ötən mövsümü Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Feyha"da keçirib. O, 35 oyunda meydana çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yayda Səudiyyə klubundan ayrılaraq azad agent statusu qazanıb.
Qeyd edək ki, müdafiəçi daha əvvəl "Fulhem", "Mançester Yunayted" və "Roma" klublarında çıxış edib. O, ikiqat İngiltərə çempionudur, həmçinin Avropa Liqası, Konfrans Liqası və digər titulları qazanıb. Smollinq İngiltərə millisinin heyətində 31 oyun keçirib və 1 qol vurub.