"Mançester Siti"nin keçmiş baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın verdiyi qərardan sonra İngiltərə klubuna dəstəklədiyini bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis sosial şəbəkə hesabında azarkeşlərə və klub rəhbərliyinə müraciət edərək hər zaman onların yanında olacağını qeyd edib:

 

"Dünyadakı bütün "Mançester Siti" azarkeşlərinin bilməsini istəyirəm ki, sizinləyəm. Həmişə klubumun, prezidentimizin, baş icraçı direktor Ferran Sorianonun, futbolçuların, heyətin, Enso Mareskanın və fanatlarımızın yanındayam. Biz bu çətinliyin öhdəsindən birlikdə gələcəyik".

 

Xatırladaq ki, sentyabrın 29-da Premyer Liqa müstəqil komissiyanın "Mançester Siti"ni maliyyə qaydalarının ciddi şəkildə pozulması və araşdırma ilə kifayət qədər əməkdaşlıq etməməsi üzrə təqsirli bildiyini açıqlayıb. İngiltərə təmsilçisi ümumilikdə ona qarşı irəli sürülən 115 ittihamın 114-ü üzrə təqsirli bilinib. İttihamlar 2009/10 mövsümündən 2017/18 sezonuna qədərki dövrü əhatə edir.

 

"Mançester Siti" rəhbərliyi qərarla razılaşmadığını və apellyasiya şikayəti verəcəyini bəyan edib. Kluba qarşı tətbiq olunacaq sanksiyalar müəyyənləşdirilməyib.