U-21 Avropa çempionatının seçmə mərhələsində B qrupunda IX turun matçları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan U-21 milli komandası səfərdə Şotlandiya ilə qarşılaşıb.
Bolqollu keçən matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
AVRO-2027 təsnifat mərhələsi
B qrupu, IX tur
Şotlandiya U-21 – Azərbaycan U-21 5:2
Qollar: Barni Stüart, 23, 26, Ceyms Uilson, 28, Tayler Flertçer, 60, Bobbi Uels, 80 – Nəriman Axundzadə, 21, Raul Məmmədov, 70