Bu gün futbol üzrə Azərbycan millisi UEFA Millətlər Liqasında ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Lixtenşteyn yığmasını qonaq edir.
Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi ilk oyunda səfərdə Litva ilə heç-heçə edib -1:1. Lixtenşteyn isə öz meydanında Litvaya 0:2 hesabı ilə məğlub olub.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
II tur
20:00. Azərbaycan - Lixtenşteyn
Hakimlər: Kristian-Petru Çokirka, Maksimilian Veys, Mihael Obritzberger, Safak Barmaksız (hamısı Avstriya)
VAR: Manuel Şuettengruber (Avstriya)
AVAR: Alexander Harkam (Avstriya)
Bakı. Tofiq Bəhrəmov adna Respublika stadionu.