UEFA Millətlər Liqasında bu gün Bakıda Lixtenşteyn ilə üz-üzə gələcək Azərbaycan millisinin "23-lüy"ü müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Ayxan Abbasov yığmanın heyətinə dəvət etdiyi 30 futbolçudan 7-ni matçın iştirak ərizəsinə daxil etməyib.

 

Ukraynanın "Bukovina" klubuna məxsus olan Renat Dadaşov zədə səbəbindən görüşü buraxacaq.

 

Budan əlavə, "Qarabağ"dan Bədavi Hüseynov, "Turan Tovuz"dan Rahil Məmmədov, "Sabah"dan Rəhman Daşdəmirov, "Araz-Naxçıvan"dan Ceyhun Nuriyev ilə Mustafa Əhmədzadə, "Şəfa"dan Fərid Yusiflinin meydana çıxmayacağı dəqiqdir.

 

Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.