"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb. Sport24.az xəbər verir ki, 2010-2011 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Nizami Kərimov - Maqsud Mantayev cütlüyü üçüncü olub.

 

2008-2009 təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığında Qiyas Əhmədov - Tengiz Qaqnidze cütlüyü çempion olub. Sabir Ağayev - Mikayıl Vəliyev dueti isə bürünc medal əldə edib.

 

Xatırladaq ki, Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə baş tutan ilk iki günündə ümumilikdə 11 medal qazanmışdılar.

 

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.