"Yuventus" yeni forvard axtarışına çıxıb. Sport24.az xəbər verir ki, Turin təmsilçisi "Flamenqo"nun və Braziliya millisinin hücumçusu Pedro üçün hərəkətə keçib.

 

"Trabzonspor" və "Ayaks"ın da heyətinə qatmaq istədiyi Pedronun hansı qərarı verəcəyi hələ ki bəlli deyil. "Fluminense"nin yetirməsi və sabiq futbolçusu vaxtı ilə İtaliyada legioner həyatı yaşayıb.

 

O, "Fiorentina"da oynayıb. Pedronun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.