Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb. Sport24.az xəbər verir ki, mükafatları qaliblərə yarışa dəvət olunmuş rəsmi şəxslər təqdim ediblər.

 

Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və bu gün Mingəçevirdə bitən yarışı 22 medalla başa vurublar. Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

 

Kayak və kanoe növündə ümumi komanda hesabında Özbəkistan birinci, Azərbaycan ikinci, Ukrayna üçüncü olub. Akademilk avarçəkmə üzrə isə ilk "üçlük"də Özbəkistan, Azərbaycan və Gürcüstan qərarlaşıb.

 

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.