"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan idmançıları növbəti medalı qazanıb. Sport24.az xəbər verir ki, 2008-2009 təvəllüdlü idmançıların iki nəfərlik kayak qayığında Elmir Tarverdiyev - Mustafa Vəlizadə cütlüyü 500 metr məsafəyə yarışda gümüş medal əldə edib.

 

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.