"Lənkəran" futbol komandası 2026/2027-ci illər mövsümündə Region Liqasında mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Qeyd edək ki, "Lənkəran" FK 2025/2026 mövsümündə Region Liqasının 1/4 final mərhələsinə qədər irəliləyib. Cənub təmsilçisi "Şəfəq"lə iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb. Klub 2023-cü ildən fəaliyyət göstərir və Region Liqasında iki dəfə 1/4 finala yüksəlib.