"Bornmut"un hücumçusu Krupi "Arsenal"ın hədəfində qalmaqdadır. Sport24.az xəbər verir ki, "Tottenhem" və PSJ də 20 yaşlı fransız futbolçu ilə maraqlanır.

 

"Bornmut" isə yalnız klub rekord məbləğində satmağı düşünməyə hazırdır. "Arsenal"ın həmin məbləği verib-verməyəcəyi dəqiq deyil.

 

Qeyd edək ki, onun klubla müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, "Loryen"in yetirməsidir.