ABŞ millisi yoldaşlıq görüşündə Çilini 4:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, amerikalıların qollarından birini Metis Albert vurub. O, 71-ci dəqiqədə əvəzetmədən meydana çıxıb və 93-cü dəqiqədə adını tabloya yazdırıb. 

 

17 yaş, 4 ay və 8 günlük olan Albert bununla da ABŞ yığmasının tarixində qol vuran ən gənc futbolçu olub. Ondan əvvəl rekord Kristian Pulişiçə məxsus idi. O, 2016-cı ilin mayında, 17 yaş, 8 ay və 11 günlük olarkən Boliviya ilə yoldaşlıq görüşündə fərqlənmişdi. 

 

Qeyd edək ki, Albert Dortmund "Borussiya"sının formasını geyinir. O, cari mövsümdə Almaniya klubunun heyətində bir oyunda meydana çıxıb.