"Milli komandaların oyunlarına görə yaranmış fasilədə 3 yoldaşlıq oyunu keçirmişik. Bu görüşlərdə çempionatda daha az oynayan futbolçulara şans verdik. Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçi Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis fasilə zamanı keçirdikləri yoxlama görüşlərini və qarşıdakı "Zaqatala" matçı ilə bağlı fikirlərini bölüşüb:

 

"Mənim üçün futbolçunun meydanda göstərdiyi əzmkarlıq və verilən tapşırıqları yerinə yetirməsi çox önəmlidir. Belə oyunlar həm onların hazırkı vəziyyətini görmək, həm də komandada rəqabəti artırmaq baxımından faydalıdır. Fasilədən sonra "Zaqatala" ilə qarşılaşmamız var. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Bir komanda çempionluğa oynayırsa, hər matçda qalib gəlməlidir. Füzuli Məmmədov: "Çempionluğa oynayırıqsa, hər matçda qalib gəlməliyik" bütün oyunlara eyni məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün hər qarşılaşma vacibdir. Futbolçularım çox məsuliyyətlidirlər. İnanıram ki, "Zaqatala" ilə oyunda da bunu meydanda göstərəcəklər".

Qeyd edək ki, "Şahdağ Qusar" Birinci Liqada 3 turdan sonra 9 xalla liderdir.