Fransalı tanınmış jurnalist Daniel Riolo Kriştiano Ronaldo və Portuqaliya millisi ətrafında yaranmış qalmaqalı şərh edib. Sport24.az xəbər verir ki, o, bu barədə "RMC Sport"-a açıqlama verib:

 

"O, başqa bir dünyada yaşayır. Son bir neçə ildir ki, onun ağlını itirdiyini düşünürəm. Sadəcə onun "Instagram" səhifəsinə baxmaq kifayətdir... Mən onu transhumanistlər kateqoriyasına – İlon Mask və onun kimilərin sırasına aid edərdim. O, başqa bir qalaktikadadır, artıq bizimlə deyil.

 

Həmçinin, komanda yoldaşlarının onunla ünsiyyət qurmaqda çətinlik çəkdiyi də aydındır. O, artıq bizim anladığımız mənada sadə bir insan deyil. Ronaldo özünü tamamilə fərqli bir varlıq – superinsan və ya hər nədirsə, elə biri olduğuna inandırıb. İşin bu yerə gəlib çıxacağına əmin idim. Hərçənd o, hələ karyerasını tam bitirdiyini elan etməyib, lakin belə davranışlardan sonra federasiya və Jorje Jezus buna sadəcə göz yumub keçə bilməzlər. Onlar ona hərəkətlərinin çox ciddi bir qayda pozuntusu olduğunu açıq şəkildə bildirməlidirlər".

 

Daha əvvəl Ronaldo və baş məşqçi Jorje Jezus heç bir münaqişənin olmadığını israrla vurğulamaqlarına baxmayaraq, hücumçu millinin düşərgəsini tərk etmək qərarına gəlib və bu addımı şərh edib. Bir sıra Portuqaliya KİV-ləri Ronaldonun yığma karyerasını başa vurmaq niyyətində olduğunu bildirib.