PSJ-nin mərakeşli 20 yaşlı qapıçı Bilal Lorandon Dubay təmsilçisi "Şəbab "Əl-Əhli"yə keçib. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Lorandon Fransa klubunun akademiyasının yetirməsi olsa da, PSJ-nin əsas komandasında heç bir oyunda meydana çıxmayıb. Bununla belə, o, ötən mövsümün sonlarında "Loryan"a qarşı keçirilən və 2:2 hesabı ilə başa çatan matçda ehtiyat oyunçular skamyasında yer almışdı.
Qeyd edək ki, mərakeşli qolkiperin yeni klubu hazırda Birləşmiş Ərəb Əmirlikləri çempionatında üçüncü pillədə qərarlaşıb. Lorandon həmçinin Mərakeşin U-20 yığmasında çıxış etmək təcrübəsinə malikdir. O, bu komandanın heyətində bir dəfə meydana çıxıb.