Serbiya millisi Millətlər Liqasının cari mövsümündə üç oyundan sonra bir xal belə qazana bilməyən yeganə komandadır. Sport24.az xəbər verir ki, Velko Paunoviçin çalışdırdığı komanda meydana çıxdığı hər üç matçda məğlubiyyətə uğrayıb.
Serblər ilk turda Yunanıstana 1:2 hesabı ilə uduzub, ardınca Niderlanda qarşı oyunda da eyni hesabla (1:2) məğlub olublar. Üçüncü matçda isə Serbiya Almaniya ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlubiyyətə düçar olub.
Serbiyanın növbəti oyunu oktyabrın 4-də Niderlanda qarşı keçiriləcək.
Qeyd edək ki, Serbiya ilə yanaşı, Türkiyə, Çexiya, Şimali Makedoniya, Rumıniya və San-Marino da iki turdan sonra xalsız qalıb. Lakin bu komandalar bir oyun az keçiriblər.