Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) ilk turun daha bir oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, "Gəncə" "Ordu"nun qonağı olacaq.

 

Bakı İdman Sarayındak baş tutacaq qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.

 

Qeyd edək ki, turun artıq keçirilmiş oyunlarında "Sabah" "LANDAU Lions"u (84:74), "Sumqayıt" NTD-ni (111:94) əyus edib. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.