Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdıracaq. Sport24.az xəbər verir ki, bu, yığmanın son dörd oyunda 2 qələbə və 2 heç-heçə əldə etməsi sayəsində mümkün olacaq.

 

Millimiz ən pis halda 2 pillə irəliləyəcək. Farer adaları bu gün səfərdə Qazaxıstandan xal ala bilməsə, Azərbaycan yığması reytinqdə 3 pillə yüksələcək.

 

Azərbaycan millisi (1132.00) bu matçlaradək FIFA reytinqində 126-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, yığmamız beynəlxalq yoldaşlıq oyununda Tacikistanı 1:0 hesabı ilə məğlub edib. Daha sonra səfərdə Litva (1:1) və Bakıda Lixtenşteynlə (0:0) heç-heçə edən komanda son olaraq doğma meydanda Litvaya 1:0 hesabı ilə qalib gəlib.