"Nansi"nin zorlamada ittiham olunan iki futbolçusu saxlanılıb. Sport24.az xəbər verir ki. bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, klub vəziyyətin ciddiliyini tam anlayır və zərurət yarandıqda hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək. Klub sözügedən oyunçularla bağlı hər hansı addım atmazdan əvvəl hüquqi prosesin nəticəsini gözləyəcək.
Qeyd edək ki, gözaltına alınan futbolçuların adları açıqlanmayıb. "Nansi" Liqa 2-də mübarizə aparır və hazırda turnir cədvəlində altıncı pillədə qərarlaşıb.