"Real" futbolçusu Arda Gülerin müqaviləsini uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb və yaxın zamanda rəsmi açıqlama ediləcək.
Arda 2023-cü ildən "Real"ın formasını geyinir. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
Qeyd edək ki, Türkiyəli yarımmüdafiəçi bu mövsüm La Liqada 7 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.