Yayda "Qalatasaray"dan ayrılan Mauro İkardi yenidən Türkiyə klubunda oynamaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

 

Argentinalı hücumçunun İstanbula gələcəyi və klub nümayəndələri ilə görüşəcəyi bildirilir.

 

İkardi yayda azad agent kimi "cim-bom"dan ayrılıb. O, "Tottenhem" və "Latsio" ilə danışıqlar aparsa da, razılığa gələ bilməyib.

 

Qeyd edək ki, forvard 2023-2026-cı illərdə "Qalatasaray"da forma geyinib. O, daha əvvəl "İnter", PSJ kimi klublarda da top qovub.