"Yuventus"un futbolçusu Kenan Yıldız klubdan ayrıla bilər. Sport24.az xəbər verrir ki, Avropanın bir sıra aparıcı komandaları türkiyəli yarımmüdafiəçi ilə maraqlanır.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

"Real", "Bavariya" və "Arsenal" Kenanı transfer etmək istəyir. Klublar yay transfer dönəminə kimi futbolçunu yaxından izləyəcək.

 

Yıldız bu mövsüm A Seriyasında 1 oyuna çıxıb. Onun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.