Dünən Millətlər Liqasının 4-cü turunda Norveçə qalib gələn (2:1) Portuqaliya millisi turnirin dörddəbir finalına vəsiqə qazanan ilk komanda oldu. Sport24.az xəbər verir ki, Portuqaliya yığması keçirdiyi dörd oyunun hamısında qələbə qazanaraq 12 xal toplayıb.
Bununla da komanda A Liqasının 4-cü qrupunda ən azı ikinci yeri tutmağı və dörddəbir finala vəsiqəni təmin edib.
Qeyd edək ki, Qqrup mərhələsinin başa çatmasına iki tur qalmış qrup liderindən altı xal geri qalan Danimarka yalnız nəzəri cəhətdən Portuqaliyanı üstələyə bilər. Aktivində 3 xal olan Uels və Norveçin isə belə şansı yoxdur.