Azərbaycan millisinin futbolçularının Litva üzərində qələbəyə görə alacaqları mükafatın məbləği bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, UEFA Millətlər Liqasının 3-cü turunda Litvanı 1:0 hesabı ilə məğlub edən yığmanın üzvlərinə qələbəyə görə 10 min manat ödəniləcək.
Qarşılaşmada sonradan meydana çıxan futbolçular müəyyən edilmiş məbləğin 75 faizini, ehtiyatda qalan oyunçular isə 50 faizini əldə edəcəklər.
Qeyd edək ki, millimiz Millətlər Liqasının D liqasının 2-ci qrupunda 5 xalla qrup lideridir. Aktivində 4 xal olan Litva ikinci, Lixtenşteyn isə 1 xalla üçüncüdür.