Litva millisinin futbolçusu Tomas Şvedkauskas Millətlər Liqasında Azərbaycana uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, qolkiper 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Nəticə məyusedicidir. Oyunun sonlarında təzyiqi artırdıq və qol vura bilərdik. Təəssüf ki, alınmadı. Oyuna köklənməli olduğumuz halda, xaosun təsirinə düşdük.

 

Rəqib qol vurandan sonra geri çəkildi və onların müdafiəsini yara bilmədik. Fərqlənmək üçün yaradıcılıq çatmadı".

 

Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda 5 xalla liderdir. Litva isə 4 xalla ikincidir.