"Roma"nın "Real"ın hücumçusu Endrikə ciddi maraq göstərdiyini müşahidə edən "Milan" da futbolçunu heyətinə qatmaq uğrunda mübarizəyə qoşulub. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

"Qırmızı-qaralar" 20 yaşlı braziliyalını qış "transfer pəncərəsi"ndə icarə əsasında heyətinə cəlb etməyi planlaşdırır. 

 

"Roma" Endriki hücum xəttini gücləndirmək üçün prioritet hədəf kimi görsə də, "Milan"ın maliyyə imkanları və idman layihəsi onlara bu rəqabətdə üstünlük qazandıra bilər.

 

Qeyd edək ki, hücumçu cari mövsümdə "Real"ın heyətində cəmi bir oyunda meydana çıxıb. O, "Elçe"yə qarşı səfər oyununda (3:2) əvəzetmədən meydana çıxıb və 4 dəqiqə oynayıb.