Litva millisinin futbolçusu Mateus Burba Millətlər Liqasında Azərbaycana uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, o, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Son ötürmə, yəqin ki, oyunumuzun ən zəif tərəfi idi. Topa nəzarət edirdik, onu tez-tez cərimə meydançasına çatdırırdıq, cinahlardan çoxlu ötürmələr edirdik, amma ünvanı tapa və hücumları tamamlaya bilmirdik.
Hakimlər haqqında danışmaq istəmirəm. Yekunda məğlub olmuşuq və səbəbi özümüzdə axtarmalıyıq.
Liderlik şansımız? Növbəti matçın necə nəticələnəcəyinə baxacağıq. Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenidən xal ala biləcək. Onlar bunu bir dəfə ediblər, bəlkə yenə bunu bacararlar".
Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda 5 xalla liderdir. Litva isə 4 xalla ikincidir.