İngiltərə millisi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, müdafiəçi Ezro Konza və yarımmüdafiəçi Aleks Skott düşərgədən ayrılıb.
Onlar zədə səbəbindən millini tərk edib.
Ezro "Arsenal"ın, Skott isə "Bornmut"un düşərgəsinə qayıdıb.
Qeyd edək ki, İngiltərə yığması A Liqasının 3-cü qrupunda 3 turdan sonra 6 xalla ikincidir. Komanda lider İspaniyadan 3 xal geri qalır.