Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Azərbaycanın 4 cüdoçusu uğursuz çıxış ilə yadda qalıb.

 

Qadınların yarışında Gültac Məmmədəliyeva 1/4 finalda İtaliya təmsilçisi Odette Giuffridaya məğlub olub. O, daha sonra təsəlliverici görüşdə monqolustanlı Uranzaia Bayanmunxa da uduzub.

 

Kişilərin yarışında Ruslan Paşayev 1/8 finalda İtaliya təmsilçisi Valerio Aççoqliyə məğlub olub.

 

Nizami İmranov 1/16 finalda Rusiya təmsilçisi Ramazan Abdullayevə uduzaraq mübarizəni başa vurub.

 

Turan Bayramov isə startda Finlandiya təmsilçisi Saşa Lukas ilə bacarmayıb.

 

Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.