Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində 5 medal qazanıblar. Sport24.az xəbər verir ki, Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

 

Turnirdə Kamran Quliyev G-10 divizionunda birinci, Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü yeri tutublar.

 

Adilə Niftəliyeva G-24 divizionunda üçüncü, kata üzrə mübarizədə isə ikinci pillədə qərarlaşıb.