İsrail millisinin kapitanı Manor Solomon Millətlər Liqasında İrlandiyaya qarşı keçirilən və 0:3 hesablı məğlubiyyətlə nəticələnən oyundan sonra rəqib futbolçuların davranışını şərh edib. Sport24.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb:

 

"İrlandiyalı oyunçular haqqında danışmaq istəmirəm. Onlar barədə düşündüklərimin hamısını desəm, yəqin ki, bir neçə oyunluq cəzalanaram... Aydındır ki, onlar bizə nifrət edirlər. Bizim də onlardan xoşumuz gəlmir. İrlandiyaya qarşı növbəti oyunu səbirsizliklə gözləyirəm. Bu, tamamilə fərqli bir matç olacaq.

Onlar mənim üçün maraqlı deyil. Ölkəmiz İrlandiyadan on qat daha yaxşı və güclüdür. Möhtəşəm insanları olan inanılmaz bir ölkəçiz var. Millinin formasını geyinməkdən və israilli olmaqdan qürur duyuruq. Dövlətimizlə və əsgərlərimizlə fəxr edirik. İrlandiyalılar istədikləri hiylələrə əl ata bilərlər. Biz israilliyik və ölkəmizi sevirik. Bu, həmişə belə olacaq".

 

Qeyd edək ki, matçdan əvvəl hər iki komandanın oyunçuları əl sıxmayıblar. İrlandiyalı futbolçular həmçinin İsrailin dövlət himni səsləndirilərkən başlarını aşağı salıblar. Onlar meydana Qəzzada həlak olanların xatirəsinə qara sarğılarla çıxıblar. Görüş Macarıstanın Debreçen şəhərində keçirilib.