Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Gürcüstan - Ukrayna oyununu idarə edəcək. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş bu gün Tbilisidə yerləşən "Dinamo Arena"da keçiriləcək.