Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrupunda birinci yeri tutmaq şansı artıb. Sport24.az xəbər verir ki, bu barədə turnir üzrə ehtimalları hesablayan "Football Meets Data" məlumat yayıb.

Buna Ayxan Abbasovun baş məşqçisi olduğu yığmanın D Liqasının 2-ci qrupunda səfərdə Litva ilə heç-heçə etməsi (1:1) səbəb olub.

Hazırda Azərbaycan millisinin qrup lideri olmaq ehtimalı 57,7 faizə yüksəlib. Yığmanın ikinci pillədə qərarlaşmaq şansı 39,9 faiz, üçüncü yeri tutmaq ehtimalı isə 2,4 faiz təşkil edir.

Maraqlıdır ki, Azərbaycan millisinin D Liqasında qrup lideri olması bu nəticənin praktiki baxımdan ciddi üstünlük yaratmayacağı anlamına gəlir. Belə ki, UEFA Millətlər Liqasının növbəti mövsümündən etibarən format dəyişəcək və D Liqası ləğv olunacaq. Azərbaycan millisi də növbəti turnirdə C Liqasında mübarizə aparacaq.

Bununla belə, D Liqası komandaları üçün başqa bir imkan qalır. Belə ki, D Liqasından bir komanda AVRO-2028-in pley-off mərhələsində iştirak etmək hüququ qazana bilər.

Hazırda bu baxımdan daha əlverişli vəziyyətdə D Liqasının 1-ci qrupunda çıxış edən Malta millisi qərarlaşıb. Maltalıların aktivində 3 xal var.

Beləliklə, Azərbaycan millisinin qrup liderliyi ehtimalı artsa da, komandanın əsas diqqəti D Liqasındakı mövqeyindən daha çox AVRO-2028-ə gedən yolda yaranacaq imkanlara yönəlməlidir.