"Nyukasl" "Renn"in müdafiəçisi Abdelhəmid Ait Budlalı heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk"ın məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Mərakeş millisinin 20 yaşlı üzvü "sağsağanlar" (klubun ləqəbi) tərəfindən müdafiə xəttini gücləndirmək üçün bir seçim kimi nəzərdən keçirilir.

 

Budlal Premyer Liqanın digər klublarının da diqqətini cəlb edib. "Fulhem"in 30 milyon avroluq təklifi artıq rədd edilib. "Everton", "Brentford" və "Hall Siti" də onu heyətinə qatmaqda maraqlıdır.

 

Müdafiəçi 2024-cü ilin iyulundan ayından "Renn"də çıxış edir və onun Fransa klubu ilə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir.

 

Qeyd edək ki, Abdelhəmid 2025/26 mövsümündə keçirdiyi 21 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.