PSJ-nin baş məşqçisi Luis Enrike "Arsenal"ın və İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendini komandasında görmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Subimendinin "Arsenal"da əsas heyətdə yerini itirdiyindən futbolçunun Paris klubuna keçidi ehtimalı artıb. O da bildirilir ki, "topçular" 80 milyon avro təklif alacağı təqdirdə yarüımmüdafiəçini satmağa  hazırdı. 

 

PSJ-nin baş məşqçisi Subimendini öz oyun üslubu üçün ideal oyunçu hesab edir. Bu yarımmüdafiəçi meydanda düzgün mövqe tutur, topu səmərəli şəkildə paylayır və onun hücumçulara çatdırılmasına kömək edir. Bu isə Enrike üçün vacibdir. O, PSJ-nin topa nəzarət etməsini və yarımmüdafiə xəttindəki strukturunu qoruyub saxlamasını istəyir.