"Arsenal" və "Tottenhem" "Bayer"in yarımmüdafiəçisi İbrahim Mazanı heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, hər iki klubun nümayəndələri 20 yaşlı əlcəzairlini yaxından izləyərək, onun inkişafını və transfer ehtimalını qiymətləndirirlər.

 

Maza Bundesliqanın ən parlaq gənc istedadlarından biri hesab olunur. O, 2026/27 mövsümündə keçirdiyi dörd oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Əlcəzairin Zambiya üzərində 3:1 hesablı qələbə qazandığı oyunda da bir qol və bir məhsuldar ötürmə müəllifi olub.

 

"Arsenal" və "Tottenhem"lə yanaşı, "Çelsi", "Mançester Siti" və "Aston Villa" da yarımmüdafiəçi ilə maraqlanır. 

 

Qeyd edək ki, Maza 2025-ci ilin iyulundan "Bayer"də çıxış edir və onun müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.

"Transfermarkt" portalı oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.