"Parma" baş məşqçisi Karlos Kuesta ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat.
Kuesta 2025-ci ildə "Parma"nın "sükanı arxasına" keçib. O, məşqçi karyerası ərzində madrid "Atletiko"sunun U-17, "Yuventus"un gənclər komandasında çalışmış, 2020-ci ildə "Arsenal"da Mikel Artetanın məşqçilər korpusunda işləyib.
İnsayder Nikolo Skiranın sosial mediada yaydığı məlumatına görə, boş qalmış posta əsas namizədlər İqor Tudor və Alberto Cilardinodur. Daha əvvəl İtaliyada "Udineze", "Yuventus", "Verona" və "Latsio"da işləmiş Tudor martda "Tottenhem"dən ayrılıb. Cilardino isə "Piza"dakı fəaliyyətindən sonra klubsuz qalıb.
Qeyd edək ki, "Parma" bu mövsüm Kuestanın rəhbərliyi altında beş oyunda dörd xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Xaçlılar" həmçinin İtaliya Kubokunun 1/16 final mərhələsində "Kremoneze"yə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.