"Liverpul" "Tottenhem"in müdafiəçisi Miki van de Venə ciddi maraq göstərir. "Qırmızılar" onu 35 yaşlı Vircil van Deykin potensial varisi kimi görür. Sport24.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Mərkəz müdafiəsi mövqeyi üçün axtarışlarını davam etdirən "Liverpul" 24 yaşlı niderlandlı futbolçunu transfer hədəfi kimi müəyyənləşdirib.
Qeyd edək ki, futbolçunun "Tottenhem"lə müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub və heç bir sərbəst qalma məbləği (release clause) nəzərdə tutulmayıb.
"Transfermarkt" portalı müdafiəçinin hazırkı bazar dəyərini 50 milyon avro qiymətləndirsə də, transferin "Liverpul"a 100 milyon avrodan baha başa gələcəyi bildirilir.