ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"lə iki il yarım müddətinə müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Əgər hər şey planlaşdırıldığı kimi getsə, 54 yaşlı argentinalı mütəxəssis İngiltərə klubu ilə 2029-cu ilə qədər qüvvədə olacaq bir razılaşma imzalayacaq.
"Mançester Yunayted" həmçinin Poçettinonun ABŞ yığması ilə olan müqaviləsinin vaxtından əvvəl pozulmasına görə təzminat ödəyəcək. O, bu müqaviləni hələ bu ilin avqustunda 2030-cu ilə qədər uzatmışdı. Bildirilir ki, təzminatın məbləği təxminən 10 milyon dollar təşkil edir.
İnsayder Fabritsio Romano xəbər verir ki, Poçettino "Mançester Yunayted"in "sükanı arxasına" keçməyə hazırlaşır. Klub artıq müqavilənin bütün şərtlərini razılaşdırıb və 54 yaşlı argentinalını baş məşqçi təyin etmək üçün ABŞ Futbol Federasiyasından icazə alıb.