UEFA Millətlər Liqasında V turun növbəti qarşılaşmaları baş tutub. Sport24.az xəbər verir ki, gecənin mərkəzi görüşündə İtaliya doğma meydanda Fransanı qəbul edib.

 

Maykl Olisenin erkən qolu ilə hesabda geri düşən "göylər" Françesko Pio Espozito və Davide Frattesinin dəqiq zərbələri ilə geridönüş edərək 3:1 hesablı qələbə qazanıb.

 

Türkiyə yığması azarkeşləri önündə Belçika ilə üz-üzə gəlib. Arda Gülerin 20-ci dəqiqədəki qolu ilə önə keçən "ay-ulduzlular" üstünlüyü qoruya bilməyiblər. Kevin De Bruyne və Şarl De Ketelarenin qolları qonaqlara 2:1 hesablı qələbə gətirib.

 

A Liqasının 3-cü qrupunda İspaniya səfərdə Çexiyanı Aleks Baena və Mark Pubilin qolları ilə 2:0 məğlub edib. İngiltərə isə doğma meydanda Morqan Rocers və Harri Keynin qolları ilə Xorvatiyanı 2:1 üstələyib. Qonaqların yeganə qolunu Petar Suçiç vurub.

 

Qeydə alınan nəticələr:

 

UEFA Millətlər Liqası

V tur

A Liqası

1-ci qrup

Türkiyə – Belçika 1:2

Qollar: Arda Güler, 20 – Kevin De Bruyne, 27, Şarl De Ketelare, 30

İtaliya – Fransa 3:1

Qollar: Françesko Pio Espozito, 26, 75 (pen.), Davide Frattesi, 63 – Maykl Olise, 10

A Liqası

3-cü qrup

Çexiya – İspaniya 0:2

Qollar: Aleks Baena, 39 (pen.), Mark Pubil, 90+6

İngiltərə – Xorvatiya 2:1

Qollar: Morqan Rocers, 24, Harri Keyn, 64 (pen.) – Petar Suçiç, 59

C Liqası

1-ci qrup

Albaniya – Finlandiya 2:0

Qollar: Ernest Muçi, 35, Rey Manay, 50

San-Marino – Belarus 0:2

Qollar: Kirill Qomanov, 12, Artyom Kontsevoy, 17

C Liqası

2-ci qrup

Ermənistan – Kipr 1:1

Qollar: Artur Qaribyan, 58 – İasonas Pikis, 9

Monteneqro – Latviya 2:1

Qollar: Nikola Krstoviç, 70, Aleksa Maraş, 90+1 – Deniss Melniks, 72