"Arsenal"ın futbolçusu Martin Subimendi adının "Atletiko" ilə hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında bunları deyib:

 

"Xəbərlər məni də təəccübləndirir. Doğrudur, qış transfer dönəmi yaxınlaşır və şayiələrin artmağı normaldır. Lakin indi bütün diqqətim komandamdadır. "Atletiko"dan heç kim mənimlə danışmayıb. Xəbərləri mətbuatdan oxumuşam, amma doğru deyil".

 

Subimendi ötən yaydan "Arsenal"da forma geyinir. O, Premyer Liqada bu mövsüm 7 oyuna çıxıb.

 

Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl İspaniyada "Real Sosyedad"da top qovub.