D divizionunun 2-ci qrupunda yer alan Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda səfərdə Lixtensteynlə qarşılaşır.

 

Vaduz şəhərindəki, "Rheinpark Stadionu"nda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

 

Tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməyib - 0:0

 

Qeyd edək ki, hazırda aktivində 5 xal olan Azərbaycan yığması qrupda ilk pillədə qərarlaşıb. Litva 4 xalla 2-ci, Lixtenşteyn isə 3 xalla sonuncudur.

 

UEFA Millətlər Liqası

D divizionu, qrup 2

IV tur

 

23:45. Lixtenşteyn - Azərbaycan

Hakimlər: Kristo Tohver, Silver Koiv, Sander Saqa, Yonas Yanovits (hamısı Estoniya)

VAR: Marko Liva (Estoniya)

AVAR: Yuri Frişer (Estoniya)

Vaduz. "Rheinpark Stadionu"