PSJ-nin keçmiş yarımmüdafiəçisi Renato Sançes karyerasını Braziliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Mənbənin sözlərinə görə, o, artıq Memfis Depay və Cessi Linqardın çıxış etdiyi "Korintians" klubundan konkret təklif alıb.
29 yaşlı portuqaliyalı futbolçu müqaviləsinə vaxtından əvvəl xitam verildikdən sonra azad agent kimi PSJ-ni tərk edib. O, "Xetafe" ilə danışıqlar aparsa da, keçid baş tutmayıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ilin yayında "Lill"dən PSj-yə transfer olunub. O, son üç mövsümü icarə əsasında "Roma", "Benfika" və "Panatinaikos" klublarında keçirib.