Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" I Liqa təmsilçisi "Karvan-Yevlax"la qarşılaşıblar.
Matç qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının VII turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.