Azərbaycan qadın futbol millisinin üzvü Jalə Məhsimova karyerasını "Neftçi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, futbolçu 2026/2027 mövsümündə də Azərbaycan Qadınlar Super Liqasında çıxış edən paytaxt təmsilçisinin formasını geyinəcək.
Məhsimova ötən mövsümü Türkiyənin "Yüksekova" klubunda keçirib. O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin heyətində altı oyunda meydana çıxıb, 505 dəqiqə oynayıb və üç məhsuldar ötürmə verib.