Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununa çıxır. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv D divizionunun 2-ci qrupunda səfərdə Litva ilə qarşılaşır.
Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
Kaunasdakı "Darius və Girenas" stadionunda baş tutan görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcəklər.
Qeyd edək ki, bu matç millimizin Litva yığmasına qarşı tarixdə 4-cü qarşılaşması olacaq. İndiyədək keçirilən 3 görüşün hamısı yoldaşlıq xarakteri daşıyıb. Əvvəlki 3 oyunda yığmamız 1 qələbə qazanıb, 1 dəfə məğlub olub və 1 heç-heçə edib.
UEFA Millətlər Liqası
D divizionu, 2-ci qrup
I tur
17:00. Litva - Azərbaycan
Hakimlər: Menelaos Antoniou, Pavlos Georgiou, Eraklis Komodromos, Konstantinos Fellas yerinə yetirəcək (hamısı Kipr)
VAR: Marios Kristoforou (Kipr)
AVAR: Dimitris Solomou (Kipr)
Kaunas. "Darius və Girenas" stadionu
Litva: 23. Djiuqas Bartkus, 18. Vilius Armalas, 3. Edqaras Utkus, 2. Artemiyus Tutişkinas, 21. Adrian Lickunas, 16. Lukas Miçelbrink, 15. Qvidas Gineitis, 13. Justas Lasickas (k), 14. Vikintas Slivka, 7. Artur Doljnikov, 10. Armandas Kuçis
Ehtiyat Oyunçular: 1. Edvinas Gertmonas, 12. Tomas Şvedkauskas, 4. Jigimantas Baltrunas, 5. Kipras Kajukolovas, 6. Modestas Vorobjonas, 8. Domantas Şluta, 9. Manfredas Ruzgis, 11. Eligijus Janjauskas,
Baş məşqçi:
Azərbaycan: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 2. Rəhman Daşdəmirov, 15. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev, 13. Emil Səfərov, 6. Abdulah Xaybullayev, 10. Mahir Emreli, 9. Renat Dadaşov
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mərzəmmədov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 8. Emin Mahmudov, 11. Ayxan Hüseynov
Baş məşqçi: Ayxan Abbasov